Azərbaycanda noyabrın 26-sı saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb.
Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.
www.anews.az