Yasamal Rayon Məhkəməsində süd idxalçısı "Lactalis Caspi" MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Meiram Abzaliyevdir. MMC “Lactalis Group” Beynəlxalq Fransa şirkətinin ölkəmizdəki təmsilçisidir.
Xəyal Quliyev