RU

SOCAR cavab verdi ki, 5 ildə yalnız 1 kəndə... - Deputat

Saatlının kəndlərinin dörddə birinin qazı yoxdur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram. Lakın heç bir irəliləyiş yoxdur.

Aktual.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"SOCAR-ın prezidentinin bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonun 11 kəndindən yalnız 1-nə qaz çəkilə bilər. Digər 10 kəndə 2030-a qədər qaz çəkilməyəcək. Bildirilib ki, ölkə ərazisində qaz olmayan 399 kəndə qaz çəkilməsi iqtisadi cəhətdən səmərəsizdir. Digər rayonları deyə bilmərəm. Ancaq Saatlı rayonunun qazsız kəndləri hamısı bir-birinin yanındadır. Tam düzənlik ərazidir. Qaz magistral xətləri kəndlərin tam kənarından keçir. Belə olan halda qaz çəkilişi iqtisadi cəhətdən niyə səmərəsizdir? Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlanılsın”, - deputat vurğulayıb.

Избранный
3
3
ulusum.az

5Источники