"2019-cu ildən etibarən müharibə veteranlarına ödənilən müavinatın həcminin 80 manat saxlanılması ədalətli yanaşma deyil".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bu 5 il ərzində ölkədə inflayasiya olub, kommunal xərclərdə, nəqliyyat xərclərində artımlar olub və belə olan halda beş il əvvəl ödənilən vəsaiti olduğu kimi saxlamaq yetərli hesab olunmamalıdır.
"Çünki 5 il əvvəlki 80 manat artıq eyni dəyərdə deyil. Nəinki 5 il əvvəl, heç 2006-cı ildə verilən 55 manat dəyərində də deyil. Çünki o zaman 55 manat təqribən 70 dollar dəyərində idi ki, bu da indi 120 manata bərabərdir".
Mina Mikayılova