RU

“Kəşfiyyat xidmətləri MDB-də sabitliyin pozulmasının qarşısını almalıdır”- PUTİN

MDB ölkələrində, eləcə də qonşu regionlarda sabitliyin pozulmasının qarşısı alınmalıdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasının iştirakçılarına müraciətində deyib.

Putinin fikrincə, mövcud geosiyasi gərginlik şəraitində MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında konstruktiv qarşılıqlı fəaliyyət zəruridir. Bunun üçün də əvvəlki kimi hər hansı neqativ tendensiyalar və kollektiv təhlükəsizliyə potensial təhdidlər müəyyənləşdirilməlidir.

Putin qeyd edib ki, təhlükəsizliyi gücləndirmək üçün kəşfiyyat xidmətləri təkcə təhdidləri öyrənməli deyil, həm də onların inkişafını proqnozlaşdırmalı, məlumat və iş təcrübəsi mübadiləsi aparmalıdır. Prezident xatırladıb ki, 20 il ərzində belə görüşlər MDB ölkələrinin daxili və xarici təhlükələrdən qorunmasına yönəlmiş cari məsələləri müzakirə etməyə, qərarlar qəbul etməyə imkan verib.

Rusiya liderinin müraciətini Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin oxuyub.

Azpost.info

Избранный
10
azpost.info

1Источники