RU

Pakistanda paytaxta giriş bağlanılıb - Etirazçılara atəş açmaq əmri verilib

Sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını istəyən minlərlə tərəfdarı paytaxt İslamabada yürüşü dayandırmaqdan boyun qaçırdığından Pakistan ordusu şəhərə yeridilib.

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, üç hərbçinin ölümünə yol açan dünənki hadisədən sonra noyabrın 26-da orduya polislə toqquşan etirazçılara atəş açmaq əmri verilib. Daha öncəki toqquşmada, bir neçəsi ciddi olmaqla, onlarca polis əməkdaşı yaralanıb. Polis İ.Xanın minlərlə tərəfdaşına qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Paytaxta giriş bağlanılıb, mobil internet xidməti vaxtaşırı kəsilir.

İddialara görə, İ.Xanın tərəfdarları İslamabad və digər böyük şəhərlərdə ictimai önəmli yerləri tutmaq istəyir. Onların fevral seçkilərindəki saxtakarlığa və hökumətin məhkəmələr üzərində nəzarətini gücləndirməyə icazə verən konstitusiya dəyişikliyinə etiraz etdikləri bildirilir.

Güvənlik qüvvələrinin fikrincə, paytaxta 9-11 min etirazçı daxil ola bilər. İ.Xanın partiyası onların sayca qat-qat çox olacağını bildirib. Sosial şəbəkələrdə yayılan videolarda keçmiş baş nazir tərəfdarlarınin əleyhqaz və qoruyucu gözlüklər taxdığı görünür.

Ölkə rəsmiləri mümkün zorakılığın önünü kəsmək üçün İ.Xanın partiyası ilə danışıqlar aparır. Daxili işlər naziri Möhsin Nəkvi etirazçılara aksiyalarını paytaxtdan kənarda keçirməyə icazə verməyə hazır olduğunu bildirib və əlavə edib ki, onlar şəhərə girərsə, polis kəskin tədbirlərə əl atacaq.

72 yaşlı keçmiş kriket ulduzu və populyar siyasətçi İ.Xan bir ildən çoxdur həbsxanadadır. Ona qarşı 150-dən çox cinayət işi açılsa da, rəhbəri olduğu partiya bütün işləri siyasi sifariş sayır.

“AzPolitika.info”

Избранный
17
1
azpolitika.info

2Источники