RU

Medvedev: "Onlar Rusiya ilə nüvə müharibəsinə hazırlaşırlar"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ukraynaya nüvə silahı vermək təhlükəsi Rusiya ilə nüvə müharibəsinə hazırlıqdır.

Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında verdiyi açıqlamada Qərbdə Ukraynaya nüvə silahı verilməsi məsələsinin gündəmdə olduğunu bildirib.

Bunun "gülünc" bir fikir olduğunu bildirən Medvedev, Rusiyanın nüvə doktrinasının yeniləndiyinə diqqət çəkib və deyib:

"Kiyev administrasiyasına nüvə silahının çatdırılması təhlükəsi Rusiya ilə nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilə bilər. Rusiyanın Nüvə Silahının qarşısının alınması Siyasəti Sənədinin 19-cu maddəsinə əsasən, bu cür silahların faktiki çatdırılması ölkəmizə hücuma bərabərdir".

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
5
turkustan.az

6Источники