RU

Deputat: "Qərb təbliğat maşınının COP29-dan sonra nəsə deməsi "karvan" məsələsinə bənzəyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynaya aid "Freedom" telekanalında Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərəzli material yayımlanıb.
Telekanalın aparıcısı iqlim məsələlərini siyasətə qarışdırıb, sammitin təşkilatçısı olan BMT-ni qaralamaqdan da çəkinməyib.
Mövzu ilə bağlı Oxu.Az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, sözügedən telekanal Qərb imperializminin təsir dairəsində, tezislər əsasında hərəkət edir və bu gün nə deyilməsindən asılı olmayaraq, Azərbaycan COP tarixinin ən yaxşı nəticəsinə nail olub:
"Biz Vətən müharibəsindən, antiterror tədbirlərindən sonra Azərbaycan əleyhinə saysız-hesabsız ədalətsiz hücumlara şahid olduq. Prezident İlham Əliyevin COP29-un liderlər sessiyasının açılışında ifadə etdiyi kimi, bu prosesdə media orqanlarını, dırnaqarası qeyri-hökumət təşkilatlarını (QHT) tam şəkildə səfərbər edib hücum prosesinə cəlb etmişdilər. O cümlədən Azərbaycan daxilində də antimilli ünsürlər bu proses üçün səfərbər olmuşdular.
Ukrayna hazırda Qərb imperializminin təsir dairəsinə daxil olan bir bölgədir. Məhz Qərb imperializminin təsir dairəsində olması bu gün həmin bölgədə faciələrin kökündə dayanan amildir. Marionet media və QHT-lər bu ölkədə kifayət qədərdir. Sözügedən telekanal da birmənalı şəkildə Qərbdən ötürülən tezislər əsasında hərəkət edir. Bu gün həmin telekanalın və ya muzdlu jurnalistin nə deməsindən asılı olmayaraq, biz COP tarixinin ən yaxşı nəticəsinə nail olmuşuq. Ən əhəmiyyətli məsələlərin həlli istiqamətində dönüş yaratmışıq".
"Nəticə etibarilə Qərb təbliğat maşınının tədbirdən sonra nəsə deməsi birmənalı şəkildə "karvan" məsələsinə bənzəyir - yəni it hürər, karvan keçər. Bunlar bizim üçün və yaxud da bölgədə COP-un nəticələri ilə bağlı heç nəyi dəyişmir", - deyə deputat vurğulayıb.
Xatırladaq ki, Ukraynaya məxsus "Freedom" telekanalı "Azerspace-1" peyki vasitəsilə yayımlanır.
Aygün Mirakif
Избранный
11
50
oxu.az

10Источники