Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında Astanada danışıqlar qapalı və geniş tərkibdə keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Putinin Qazaxıstana gözlənilən səfərinin özü ikitərəfli əlaqələrin inkişafının uğurunu göstərir.
Qeyd edək ki, noyabrın 27-28-də Putin Qazaxıstana səfər edəcək. Birinci gün Rusiya Federasiyası və Qazaxıstan prezidentləri danışıqlar aparacaq, həmçinin videobağlantı vasitəsilə Omsk şəhərində Qazaxıstan Universitetinin filialının açılışında iştirak edəcəklər.
Ertəsi gün, noyabrın 28-də Putin KTMT sammitində iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.