RU

Şeyxülislam Portuqaliyada BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Forumda şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər forum iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını yetirib. BMT-nin Sivilizasiyalar Alyansının 20 illik fəaliyyəti ilə bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin təbiri ilə, bu növ forumların fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirdiyini, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Sivilizasiyalar Alyansının sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dəyərli səy və nailiyyətləri bizi ruhlandırır və yubiley Qlobal Forumunda gələcəyin Vahid Bəşəriyyət planının təqdimatını tarixi hadisə kimi dəyərləndirmək lazımdır.

Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu bildirən şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələri, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri – məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

Избранный
14
azpost.info

1Источники