RU

Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb

Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var: Birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə isə tonlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər sərhəddə təhlükəsizliyin artırılmasına xidmət etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan Ordusunun Quru Qoşunları ilə SEPAH arasında “Araz-2024” birgə taktiki təlimi haqda qeyd edib. Onun sözlərinə görə, ikinci məsələ Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyətinin olmasıdır:

“İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə Azərbaycandan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır. Tehranda anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək. Misal üçün Azərbaycan Ordusu İran silahlı qüvvələri ilə birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıda idi. Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq Ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır”.

Избранный
17
6
buta.tv

8Источники