Almaniyanın keçmiş kansleri Angela Merkel NATO-nu tezliklə Rusiyaya qarşı həqiqətən inandırıcı çəkindirmə sistemi yaratmağa çağırıb.
Bu barədə “EDnews” “Zeit” nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, yaxın gələcək üçün etibarlı çəkindirmə sistemi yalnız NATO çərçivəsində mümkündür. Eyni zamanda Merkel qeyd edib ki, ABŞ-da prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə belə bir sistemin yaradılması əvvəlkindən daha böyük çətinliklərlə üzləşəcək.
“ABŞ üçün Rusiya və Çinin yaratdığı çətinlikləri nəzərə alsaq, Avropada müttəfiqlərin olması vacibdir”.