Bu ilin yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 490 min ton bostan məhsulu istehsal olunub.
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, təsərrüfatlarda yetişdirilən bostan məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda bostan məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına görə, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən bostan məhsullarına görə fermerlərə hər hektara 280 manat əkin subsidiyası veriləcək.
Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə bostan bitkiləri becərən fermerlər isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya alacaqlar.