RU

Psixotik pozğunluq 5 dəqiqəyə müəyyən ediləcək

Roçester Universitetinin amerikalı alimləri insan beynində psixozun potensial biomarkerini aşkar ediblər.

Turkustan.az xəbər verir ki, tədqiqat “Molecular Psychiatry” (MolPsy) elmi jurnalında dərc olunub.

“Human Connectome” Erkən Psixoz Layihəsi tərəfindən toplanan məlumatlardan istifadə edən komanda 159 iştirakçının MRT nəticələrini araşdırıb. Onlardan 105-i sınaqdan əvvəl beş il ərzində psixotik pozğunluq inkişaf etdirib.

Psixozlu xəstələrin beyinlərində tədqiqatçılar korteksdəki hiss sahələrinin bir-biri ilə daha az bağlı olduğunu və beynin informasiya relay stansiyası olan talamusla daha güclü əlaqədə olduğunu müəyyən ediblər.

Bu fərqlər yalnız bədən hərəkətləri, hissləri emal edən somatomotor şəbəkə və cisimlərin, üzlərin, mürəkkəb xüsusiyyətlərin təsvirlərini yaradan vizual şəbəkə ilə məhdudlaşıb.

Bu iki şəbəkədə əlaqənin pozulması nümunələrinin birləşdirilməsi tədqiqatçılara “somato-vizual” biomarker yaratmağa imkan verib.

Əvvəlki araşdırmalar göstərib ki, şizofreniya xəstələrinin sensor şəbəkələrində anormal beyin əlaqələri mövcuddur. Lakin hansı şəbəkələrin daha çox məsuliyyət daşıdığı və ya pozulmuş əlaqələrin antipsikotik dərmanlar, narahatlıq və ya stress kimi digər xəstəlik faktorları ilə izah oluna biləcəyi bəlli deyildi.

Alimlərin fikrincə, tapılan biomarker beş dəqiqə ərzində psixotik pozğunluğu müəyyən etməyə və müalicəni daha vaxtında həyata keçirməyə imkan verəcək. /cebheinfo.az/

Избранный
10
1
turkustan.az

2Источники