RU

“Azfen” ötən ili 11,5 milyon manat xalis mənfəətlə başa vurub

Bakı. Trend:

SOCAR-ın törəmə şirkəti “Azfen” birgə müəssisəsi 2023-cü ili 11milyon 466 min manat xalis mənfəətlə başa vurub.

Bu barədə Trend şirkətin maliyyə hesabatına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2022-ci illə müqayisədə 7,1 dəfəazdır. Belə ki, şirkət 2022-ci ildə 81 milyon 394 min manat xalismənfəət əldə edib.

Ötən il “Azfen”in vergiyəqədərki mənfəəti 14 milyon 286 minmanat (əvvəlki ilə nisbətən 7,3 dəfə az), mənfəət vergisi ödəmələriisə 2 milyon 821 min manat (8,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azfen”in aktivləri 276 milyon 573 min manatolub. Məlumata görə, bu göstərici illik müqayisədə 14% azdır.2022-ci ildə şirkətin aktivləri 321 milyon 503 min manat olub.

Hesabat müddətində şirkətin öhdəlikləri 3,3 dəfə azalaraq, 25milyon 42 min manata düşüb. 2022-ci ildə bu göstərici 81 milyon 438min manat olub. Şirkətin balans kapitalı isə 4,8% artaraq, 251milyon 531 min manata çatıb. 2022-ci ildə bu göstərici 240 milyon65 min manata bərabər olub.

Məqalədə:
Избранный
7
1
az.trend.az

2Источники