Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.
Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov qeyd edilən məsələnin nəzarətə götürüldüyünü deyib: "Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".
Müəllif: Teleqraf.com