RU

Gürcüstanın yeni prezidenti keçmiş futbolçu olacaq

Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstan prezidenti ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Ölkənin hakim “Gürcü arzusu” partiyası Kavelaşvilinin namizədliyini irəli sürüb.
 

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.


Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.

O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.

2016-cı ildə o,“Gürcü arzusu” partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib.

Bizim.Media

Избранный
52
15
bizim.media

10Источники