Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 147 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.