RU

ABŞ-də “Microsoft”la bağlı genişmiqyaslı araşdırma başlanılıb

ABŞ Federal Ticarət Komissiyası Amerikanın "Microsoft" texnologiya korporasiyasına qarşı genişmiqyaslı antiinhisar araşdırmasına başlayıb.

FED.az xəbər verir ki, bu barədə "Bloomberg" bildirib.

Məlumata əsasən, istintaq "Microsoft"un istifadəçiləri bulud təkliflərinə bağlamaq üçün ofis paketi və təhlükəsizlik proqramından mümkün istifadəsinə yönəlib. Korporasiya böyük bir dövlət podratçısı olduğundan və müxtəlif qurumlarla, o cümlədən Pentaqonla, milyardlarla dollar dəyərində müqavilələr bağladığı üçün “Microsoft"un kibertəhlükəsizlik sahəsində uğursuzluqları” da komissiyanın narahatlığına səbəb olub.

Komissiya hesab edir ki, bu, "["Microsoft"un] bazar üzərindəki gücünü problemli edir". (Trend)

Избранный
8
3
fed.az

4Источники