RU

Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası keçirilib.

Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Toplantının iştirakçıları təşkilata üzv ölkələrdəki hərbi-siyasi vəziyyət, əməkdaşlığın nəticələri və perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

İclasda Böyük Vətən müharibəsində qələbənin 80 illiyinin keçirilməsinə hazırlıq məsələləri də gündəmdə olub.

Tərəflər KTMT-nin müzakirəsinə çıxarılan bəzi sənədlərin təsdiqlənməsi, eləcə də müttəfiqlik münasibətlərinin, xarici siyasətlə bağlı koordinasiyanın və Kollektiv Qüvvələrin potensialının möhkəmləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib.

Qeyd edək ki, Ermənistan tərəfi budəfəki görüşdə iştirak etmir

Избранный
6
2
herbiand.az

8Источники