RU

Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumun ona ölkəsi ilə sərhəddən Birləşmiş Ştatlara daxil olan qanunsuz miqrantların axınına təsir göstərəcəyinə söz verdiyini bildirib.

“EDnews” xəbər verir ki, bu barədə amerikalı siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumla əla telefon söhbətim oldu. O, Meksikadan ABŞ-yə miqrasiyanı dayandırmağa, faktiki olaraq cənub sərhədimizi bağlamağa razılaşdı. Biz həmçinin narkotik qaçaqmalçılığını və ABŞ-də bu narkotiklərin istifadəsini dayandırmaq üçün nə edilə biləcəyini müzakirə etdik. Bu çox məhsuldar söhbət oldu”, – o qeyd edib.

Tramp əlavə edib ki, Meksika “insanların ABŞ-nin cənub sərhədinə keçməsini dayandıracaq”. Respublikaçının sözlərinə görə, bu tədbir “dərhal qüvvəyə minir”.

Xatırladaq ki, daha əvvəl amerikalı siyasətçi qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan gələn bütün mallara 25 % rüsum tətbiq edəcəyini açıqlamışdı. Meksika iqtidarı cavabında eyni addımla cavab verəcəklərini və ticarət müharibəsinin fəsadlarının ABŞ iqtisadiyyatı üçün də mənfi olacağını bəyan etmişdi.

Избранный
4
5
ednews.net

6Источники