Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Belə ki, binaların 2,31 ha torpaq sahəsində tikilməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.