RU

Koreya Bankı uçot dərəcəsini 3%-ə endirib

Koreya Bankı uçot dərəcəsini illik 3,25%-dən 3%-ə endirib.

Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, Koreya Bankı inflyasiyanın yavaşlaması və iqtisadi artımın zəifləməsi fonunda faiz dərəcələrini endirib. Bu göstərici son iki ildə ən aşağı səviyyədir.

Koreya Bankı bu il istehlak qiymətlərinin 2,3% artacağını, 2025-ci ildə isə artım tempinin 1,9%-ə enəcəyini gözləyir. Gələn il üçün baza inflyasiyanın 1,9% olacağı gözlənilir.

Gülşən Şərif

Избранный
13
1
bakivaxti.az

2Источники