Bakıda yerləşən marketlərin birində ət və ət məhsullarının olduğu soyuducunun içərisində pişik görünüb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülər sosial şəbəkədə narazılığa səbəb olub. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb:
“Məsələ Agentliyin Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər”. (Modern.az)