RU

Musa Quliyev tənqidlərə cavab verdi- Vətəndaşa qayğı var….

Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur.

XALQ.AZ xəbər verir ki,  bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

O bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

“200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

Komitə sədri vurğulayıb ki, böyük işlər görülən yerdə nöqsanlar da olacaq:

“Əsas odur iş var, vətəndaşa qayğı var. Burda səsələnən bəzi fikirlərə münasibət bildirmək lazımdır. Düzdür bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir. Hər halda münasibət bildirmək lazımdır, çünki sosial şəbəkələr, saytlar var. Təəssüf ki, ayrı-ayrı jurnalistlərin də hamısı peşəkar deyillər, reytinq arxasınca qaçırlar, problemi dəyərləndirmək üçün mahiyyətə varmaq lazımdır. Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. O uğurlu layihəni nəinki vətəndaşlar, Azərbaycan siyasətçiləri, iqtisadçıları da öz həyatında hiss edir. Təkcə məşğulluq proqramı ilə bağlı nə qədər mükafatlarımız var”

O qeyd edib ki, özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək: “Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır. Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək… Və o qüsurların da arxasında fakt yoxdur. Hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”.

Избранный
6
5
xalq.az

9Источники