Bakı. Trend:
Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluqproqramına cəlb olunmasını hədəfləmişik.
Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniAnar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugün keçirilən iclasında bildirib.
Nazir müavini qeyd edib ki, ünvanlı yardımla bağlı proseslərnazirlik tərəfindən tam şəffaf şəkildə həyata keçirilir.
“Tək ünvanlı sosial yardım yox, həm əlillik təyinatı, həmməşğulluqla bağlı məsələlər, bu sahədə geniş tədbirlər həyatakeçirilir. Bildiyiniz kimi, biz DOST konsepsiyası çərçivəsində DOSTmodelinin qurulmasına, xidmətlərimizin elektronlaşmasına nailolmuşuq. Bu gün qabaqcıl Avropa ölkələri gəlib bizdən bu modelləriöyrənirlər və yüksək qiymətləndirirlər.
Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluqproqramına cəlb olunmasını hədəfləmişik. 2025-ci ildə isə buproqrama cəlb olunanların sayı 100 minə çatacaq. Biz bu proqramlarvasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının,mikrobizneslərinin yaradılmasını hədəfləmişik.
30-adək fəaliyyət istiqaməti üzrə fəaliyyət həyata keçirilib.Paylanan aktivlərin keyfiyyətinə Nazirlik tərəfindən ciddi nəzarətedilir, onlara zəmanət verilir, bütün müqavilələr, təhvil-təslimaktları, şəkillər, videoçəkilişlər şəffavlığın təmin olunması üçünhələ 2000-ci ilin əvvələrindən, 2019-cu ilin sonlarından Nazirliyinsaytına yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur.
Dünya Bankı tərəfindən Azərbaycanın özünüməşğulluq proqramıxüsusi mükafata layiq görülüb”, - deyə nazir müavini əlavəedib.