RU

QAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib

Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.

Olaylar xəbər verir ki, bu barədə icmanın bəyanatında qeyd edilib.

"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb", - bəyanatda vurğulanıb.

Bəyanatda "ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik" deyən Polşa prezidentinə xatırladılıb ki, Azərbaycan əraziləri işğal altında olarkən İcma Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmayıb.

"Polşa prezidentinin ölkəsinin "Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi" ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.

Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, "binokl diplomatiyası" kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə "yeni xilaskar" gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür", - bəyanatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
12
olaylar.az

10Источники