ABŞ Federal Ticarət Komissiyası (FTC) Microsoft-a qarşı geniş antiinhisar araşdırmasına başlayıb. Bu barədə Bloomberg mənbəyə istinadən yazıb.
Araşdırma şirkətin fəaliyyətinin müxtəlif istiqamətlərinə, o cümlədən bulud hesablamalarına, kibertəhlükəsizlik və süni intellekt inkişaflarına aiddir.
FTC kibertəhlükəsizliklə bağlı insidentlərdən sonra Microsoft-u yaxından izləyir.
Şirkət əsas dövlət podratçısıdır və Pentaqon da daxil olmaqla bir çox ABŞ agentliklərinə milyardlarla dollar dəyərində proqram təminatı və xidmətlər təqdim edir.
Aytac
www.anews.az