RU

ABŞ dövlət rəsmiləri İlon Maskın onları hədəf alan yazılarından narahatdırlar

ABŞ dövlət rəsmiləri İlon Maskın onları hədəf alan yazılarından narahatdırlar

ABŞ-da dövlət məmurları İlon Maskın sosial mediada onları hədəf alan paylaşımlarından narahatdırlar.ABŞ dövlət rəsmiləri sahibi olduğu sosial media platforması X hesabında verdiyi açıqlamalarla Maskın onları hədəf alan paylaşımları ilə bağlı CNN-ə açıqlama verib.Dövlət rəsmiləri X-də 206 milyondan çox izləyicisi olan Maskın paylaşımlarında insanların birbaşa adlarını çəkməsindən və hədəf almasından narahatdırlar.Amerika Dövlət İşçiləri Federasiyasının (AFGE) prezidenti Everet Keli "Bu taktikaların məqsədi federal işçilərə terror və qorxu səpməkdir. Məqsəd onları qorxutmaqdır ki, onlar öz fikirlərini söyləməkdən çəkinsinlər" deyib.ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsində işləyərkən Teslanı tənqid etdiyinə görə Maskın hədəfində olan Corc Meyson Universitetinin əməkdaşı Meri Kamminqs “Bu, insanları ya istefaya getməyə, ya da bütün digər qurumlara "növbəti sənsən" mesajı göndərməyə yönəlmiş qorxutma üsuludur” ifadələrini qeyd edib.Mask keçən həftə bəzi dövlət məmurlarının adlarını ehtiva edən açıqlamaları yenidən paylaşıb və X hesabından onları hədəf alıb.Mənbə: AA

Избранный
10
afn.az

1Источники