RU

Astanada KTMT Xaici İşlər və Müdafiə nazirləri şuralarının birgə iclası

Astanada Qazaxıstan tərəfinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurası (XİNŞ), Müdafiə Nazirləri Şurası (MNŞ) və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin (TŞK) birgə iclası keçirilib. Bu barədə noyabrın 28-də KTMT-nin mətbuat xidməti məlumat yayıb. 

Xəbəri “Anadolu” verib. 

Tədbirdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Andrey Serdyukov iştirak ediblər. İştirakçılar kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi aparıb, əməkdaşlığın nəticələrini və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

1941-1945-ci illər Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin birgə qeyd edilməsinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edilmiş bir sıra sənədlər təsdiq edilib, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi, xarici siyasət koordinasiyasının artırılması və Kollektiv Qüvvələrin inkişafına yönəlmiş qərarlar qəbul edilib.

P.ƏMİRCANOV
XQ

Избранный
15
xalqqazeti.az

1Источники