Frank Lampardın yeni klubunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Lampard İngiltərə Çempionşip komandası olan "Koventri Siti"ni çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssis ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lampard yeni komandasında baş məşqçi kimi ilk oyununu noyabrın 30-da "Kardiff Siti"yə qarşı keçirəcək.