Demokrat.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.
Zavodun məqsədi Ukraynada döyüş əməliyyatlarında istifadə olunan pilotsuz təyyarələrin istehsal gücünü tez bir zamanda artırmaqdır. İHA-ların genişmiqyaslı istehsalına 2025-ci ilin birinci yarısında başlanması planlaşdırılır.
“Pilotsuz texnologiyaya və istehsal gücünə tələbat yüksəkdir. Pilotsuz təyyarələr təkcə Ukraynaya deyil, bütün Avropa İttifaqı və NATO ölkələrinə veriləcək . Dronlar mülki, müdafiə və təhlükəsizlik sektorlarında kritik ictimai funksiyaların yerinə yetirilməsində mühüm rol oynayaraq cəmiyyətin daimi hissəsinə çevriləcək”, - deyə Summa Defense şirkətinin baş direktoru Jussi Holopainen bildirib.
İsveç də Ukraynaya raket və pilotsuz təyyarələrin istehsalı üçün əhəmiyyətli vəsait ayırmağı planlaşdırır.
Əfsanə Kamal
Demokrat.az