RU

Daha bir təcili yardım qəzası - Xəsarət alan var

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

Olaylar.az-ın verdiyi xəbərə görə hadisə axşam saatlarında rayonun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, çağırışa gedən tibbi yardım briqadasının olduğu tibbi yardım avtomobilinə "Mercedes" markalı minik avtomobili çırpılıb.

Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq rayon xəstəxanasına hospitalizasiya olunublar.

Xatırladaq ki, iki gün əvvəl də Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğramışdı.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
8
olaylar.az

10Источники