Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
Titul.az bakupost.az-a istinadən xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!