RU

“Qarabağ”dan gedəndən 2 il sonra...

Avropa Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq legioneri Kadi Borgesin çıxış etdiyi Macarıstan “Ferentsvaroş”u öz meydanında “Malmö” (İsveç) ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Oyunda 3-cü qolu vuran Kadi ilk qolun ötürməsini də verib. Braziliyalı yarımmüdafiəçi matçın ən yaxşısı seçilib.

Kadi Avropa kuboklarında son qolunu 2022-ci ilin yayında “Qarabağ”la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”ə vurmuşdu.

“Ferentsvaroş” hazırda Avropa Liqasında 9 xalla 11-ci pillədə qərarlaşıb.

Избранный
86
sportinfo.az

1Источники