RU

“Rosneft”in gəliri xeyli azalıb - RƏQƏMLƏR

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in 2024-cü ilin doqquz ayı üçün xalis mənfəəti milli valyuta ilə ifadədə 14 faiz azalıb. 


Sfera.az xəbər verir ki, 9 ay ərzində gəlir 926 milyard rubl təşkil edib. Bu məbləğ bir il əvvəl qeydə alınan məbləğdən (1,076 trilyon rubl) təxminən 150 milyard rubl azdır. 


Amma ABŞ dolları ilə ifadə etdikdə məlum olur ki, “Rosneft”in gəlirləri daha çox azalıb. 


Çünki ötən ilin ilk 9 ayında dolların məzənnəsi 68-94 rubl aralığında olduğu halda, bu ilin 9 ayında 90-94 rubl təşkil edib. Dolların məzənnəsi nəzərə alındığında məlum olur ki, “Rosneft”in gəlirləri 20 faizdən çox azalıb. 


Rosneft mənfəətin azalmasını borcun maliyyələşdirilməsi dərəcələrinin artması və qeyri-monetar amillər, o cümlədən xarici valyuta öhdəliklərinin məzənnəsinin yenidən qiymətləndirilməsi və mənfəət vergisi dərəcəsinin dəyişməsi ilə izah edib.


Vasif

Избранный
54
8
sfera.az

8Источники