İraq Suriyadakı hadisələrlə əlaqədar bu ölkə ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq sərhəd qoşunlarının komandanı, general Məhəmməd Əbdülvahab əl-Suəydi bildirib.
“Biz Suriya ilə sərhədi yaxşı təlim keçmiş qoşunlarla möhkəmləndirdik. İraq ordusu ölkənin sərhədi və səmasını hər cür təhdidlərdən qorumağa hazırdır”, - general qeyd edib.
Müəllif: Qənirə Süleymanova