Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Nyukasl” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Nottingem Forest” “İpsviç Taun”la ev oyununda tək qolla qalib gəlibsə, “Brentford” “Lester Siti”ni darmadağınla yola salıb.
Altı qolun vurulduğu “Vulverhempton” – “Bornmut” oyununda qonaqlar inamlı qələbəyə seviniblər. “Vest Hem”in qonağı olan “Arsenal” da bol qollu matçda darmadağına sevinib.
13-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
13-cü tur
29 noyabr
Brayton – Sauthempton 1:1
Qollar: Mitoma, 29 – Daunes, 59.
30 noyabr
Brentford – Lester Siti 4:1
Qollar: Vissa, 25. Şade, 29; 45+8; 59 – Buonanotte, 21.
Kristal Pelas – Nyukasl 1:1
Qollar: Munos, 90+4 – Qehi, 53-öz qapısına.
Nottingem Forest – İpsviç Taun 1:0
Qol: Vud, 49-pen.
Vulverhempton – Bornmut 2:4
Qollar: Larsen, 5; 69 – Kluyvert, 3-pen; 18-pen; 74-pen. Kerkez, 8.
Vest Hem – Arsenal 2:5
Qollar: Van Bissaka, 38. Emerson, 40 – Qabriel, 10. Trossard, 27. Edeqor, 34. Haverts, 36. Saka, 45+5-pen.
1 dekabr
17:30. Çelsi – Aston Villa
17:30. Mançester Yunayted – Everton
17:30. Tottenhem – Fulhem
20:00. Liverpul – Mançester Siti