RU

Qarabağdan köçkün: "Öz torpağımı özümə satırsan?"

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdəki əkinə yararlı torpaqlar güzəştli şərtlərlə sakinlərə icarəyə veriləcək.

Bu, “Torpaq icarəsi haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

Qanuna əsasən, torpaqlar investisiya müsabiqələri vasitəsilə (birillik və çoxillik əkinlərin aparılması üçün) icarəyə veriləcək.

Bəs keçmiş məcburi köçkünlər bu haqda nə düşünür?

"Mənim atam-babam, indi yox, ibtidai-icma quruluşundan orada yaşayıb. Onlar o torpağı qoruyub. Necə olar ki, mənim torpağımı gələ bir başqası əkə?

Torpağım icarəyə verilə? Sizcə, heç bu haqqa ədalətə sığar? Heç Allah bunu götürər?", - keçmiş məcburi köçkün Maarif Muradov BBC-yə deyir.

"Mən başa düşmürəm, kimin ixtiyarı var ki, dədə-baba toprağını kiməsə icarəyə verə? Mənim özümə öz torpağımı satırsan? Bu, nə deməkdir ki?"- Əbülfət Hüseynov sual edir.

Videoya YouTube kanalımızda baxın.

Избранный
56
43
bbc.com

10Источники