İsrail Həmasla əldə edilən humanitar atəşkəsin ikinci günündə azadlığa buraxılması planlaşdırılan girovların siyahısını alıb.Gununsesi.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Qəzza zolağında azadlığa buraxılacaq ikinci qrup girovların adlarının yer aldığı siyahı artıq İsrail hakimiyyətinə çatıb.Qeyd olunur ki, noyabrın 25-də qadın və uşaqlar da daxil olmaqla 13 israilli girovu azad etmək planlaşdırılır. İkinci qrupa əsasən azyaşlıların daxil olacağı gözlənilir.Xatırladaq ki, noyabrın 24-də yerli vaxtla saat 7:00-da Fələstinin Həmas ilə İsrail arasında əldə olunmuş dörd günlük humanitar humanitar atəşkəs razılaşması qüvvəyə minib. Humanitar atəşkəs Qəzza zolağında hücumların müvəqqəti dayandırılmasını, əsirlərin mübadiləsini və blokada olan eksklava humanitar yardımın çatdırılmasını nəzərdə tutur.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта