“Adidas” şirkəti “İnter Mayami” nin və Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokutso ilə müqavilə imzalayıb.
7Times.az xəbər verir ki, Leo brendin əsas ulduzudur. Anlaşmadan sonra xanımı da ona qoşulub. Bu anlaşma mediada və brendin pərəstişkarları arasında böyük səs-küyə səbəb olub.
“Adidas”la əməkdaşlığın ilk videosu Antonelanın “İnstaqram” səhifəsində paylaşılıb. Orada Antonela əsas dəyərlərindən danışır:
“Ana olmaq mənim üçün hər şey deməkdir. Uşaqlarım mənim dünyamdır və onlarla keçirdiyim hər anı dəyərləndirirəm. Sağlamlıq və rifah da vacibdir. Buna görə də idman edirəm və aktiv qalmağa çalışıram. Üstəlik, daim öyrənmək məni həmişə motivasiya edir”.
“Bir ailə və üç zolaq” – “Adidsa” bu şüar ilə Lionel və Antonelanın brendin məhsullarını reklam etdiyi postu paylaşıb.
Antonela artıq Messi kimi (40,1 milyon izləyici auditoriyası ilə) ən yaxşı influenserə çevrilib. Bir çox qlobal brendlər onunla əməkdaşlıq edirlər. Bunların siyahısına “Tiffany & Co”, “Revolve”, “Alo”, “Lancome”, “Spotify” və başqaları daxildir.