RU

İranda həbsdə olan güney azərbaycanlı Nobel Sülh Mükafatı laureatı tibbi məzuniyyətə buraxıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tehranın məşhur Evin həbsxanasında saxlanılan 2023-cü il Nobel Sülh Mükafatı laureatı və Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 milyard tümən (190 min dollar) girov müqabilində xəstəlik səbəbilə tibbi məzuniyyətə buraxılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili onun bu yaxınlarda əməliyyat olunduğunu bildirib.
Qeyd edək ki, Evin həbsxanasında saxlanılan jurnalist Vida Rəbbaninin Nərgiz Məhəmmədinin səhhətinə diqqət yetirilməməsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi də deyilirdi.
Избранный
80
50
oxu.az

10Источники