RU

Nyu-Yorkda 15 azərbaycanlı şahmatçı çıxış edəcək

Dekabrın 26-31-də Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanın 15 şahmatçısı mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, qeydiyyat müddəti başa çatdıqdan sonra FIDE iştirakçıların tam siyahısını açıqlayıb.

ABŞ-də yarışda Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova çıxış edəcəklər.

Dünya çempionatında reytinqə Maqnus Karlsen (Norveç) başçılıq edəcək, ilk üçlükdə, həmçinin Fabiano Karuana (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) yer alır.

Qadınların siyahısına çinlilər Yu Vençjun, Lei Tinqje və Tan Jonqyi başçılıq edir.

İdman.biz

Избранный
41
1
idman.biz

5Источники