Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.
"Cebheinfo.az" "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"