RU

COP29 Xəzər regionu ölkələrinə enerji keçidinə sadiqliyini nümayiş etdirmək üçün platforma təqdim etdi

Bakı. Trend:

COP29 Xəzər regionu ölkələrinə enerji keçidinə, bərpa olunanenerji mənbələrinin inkişafına və qlobal çağırışların həllinəsadiqliyini nümayiş etdirmək imkanı yaratdı.

Trend xəbər verir ki, bubarədə “Caspian Policy Center”in (CPC) prezidenti Əfqan NiftiLondonda keçirilən "Xəzər regionunun enerji təhlükəsizliyi vəCOP29-un nəticələri" konfransında çıxışı zamanı bildirib.

O, həmçinin son bir il ərzində əldə edilən əsas razılaşmalar, ocümlədən regiondan Avropaya təbii qaz və "təmiz" enerji tədarükü,eləcə də Qara Dəniz Enerji Kabeli layihəsi kimi təşəbbüslərhaqqında danışıb.

Ə.Nifti Cənubi Qafqazın və Mərkəzi Asiyanın qlobal bazarlar vətəchizat zəncirləri üçün əhəmiyyətini vurğulayıb.

O, Xəzər regionunda əlaqələrin və əməkdaşlığın artdığını qeydedib ki, buna son bir il ərzində Mərkəzi Asiya liderlərinin CənubiQafqaz ölkələrinə 17 səfəri və Cənubi Qafqaz liderlərinin MərkəziAsiyaya 16 cavab səfəri sübutdur.

CPC prezidenti həmçinin enerji təhlükəsizliyi və ətraf mühitinqorunmasının regionun əsas prioritetləri olduğunu vurğulayıb.

"Enerji təhlükəsizliyi problemi birgə fəaliyyət tələb edir.Xəzər regionu ənənəvi enerji resursları ilə təminatda əsas roloynayıb və gələcəyə baxaraq, davamlı, etibarlı və əlçatan "təmiz"enerji vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməyəhazırdır", - CPC prezidenti.

Qeyd edək ki, Azərbaycanda keçirilmiş COP29 konfransı mühümqərarlarla yadda qaldı:

- İllik maliyyələşdirmənin 300 milyard ABŞ dollarınaçatdırılması ilə bağlı yeni əsas hədəf müəyyən edildi ki, bu daəvvəlki 100 milyard dollarlıq həddi üç dəfə üstələyir;

- Zərər və İtki Fondu fəaliyyətə başladı;

- Paris Sazişinin 6-cı maddəsi çərçivəsində etibarlı karbonbazarlarının yaradılması üzrə danışıqlar tamamlandı.

Избранный
69
3
az.trend.az

4Источники