RU

Can Pyero Qasperini - A Seriyasında noyabrın ən yaxşısı!

“Atalanta”nın baş məşqçisi, italyan mütəxəssis Can Pyero Qasperini İtaliya A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, noyabr ayında Qasperininin komandası 3 oyun keçirib. Berqamo təmsilçisi bu matçlardan maksimum nəticə ilə ayrılıb. Belə ki, “Atalanta” ötən ay “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib. Dekabrın 2-də keçirilən “Roma” ilə oyunun (2:0) nəticəsi də seçimdə nəzərə alınıb.

Xatırladaq ki, Can Pyero Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun bu klubla müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda bitəcək.

66 yaşlı mütəxəssis indiki komandasını bütövlükdə 408 oyuna çıxarıb. “Atalanta” bu matçlarda 215 qələbə qazanıb, 93 heç-heçə edib və 100 məğlubiyyətə üzülüb.

İtalyan mütəxəssis ötən mövsüm “Atalanta” ilə Avropa Liqasının qalibi olub. “Atalanta” A Seriyasının cari mövsümündə 34 xalla 1-ci pillədə qərarlaşıb.

Qasperini daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”yə də rəhbərlik edib.

Sonda onu da vurğulayaq ki, Qasperini bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşısı seçilir. İtaliya çempionatında 2024/2025 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısını təqdim edirik:

Avqust 2024 – Paolo Vanoli (“Torino”)
Sentyabr 2024 – Antonio Konte (“Napoli”)
Oktyabr 2023 – Marko Baroni (“Latsio”)

Избранный
59
arena.az

1Источники