RU

“Gəncə”nin baş məşqçisi: “Bu matçdan dərs çıxarmalıyıq”

"Rəqib oyunun sonuna kimi mübarizə apardı. Geri çəkilmədi”.

İdman.biz xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.

O, klubunun mətbuat xidmətinə ABL-də "Sumqayıt"a 79:85 hesabı ilə uduzduqları matçda məğlubiyyətin səbəbini açıqlayıb: “Böyük fasiləyə kimi istədiyimiz şəkildə oynadıq, xallar yığdıq. Amma çox da top itirdik. Bundan da sanki rəqibə enerji ötürdük. 22 dəfə topu rəqibə verdik. Oyunun sonunu gətirə bilmədik. İlk dövrəni tamamladıq, ikinci dövrə başlayacaq. Bu matçdan dərs çıxarmalıyıq, çatışmazlıqları aradan qaldırmalıyıq, hazırlaşmalıyıq".

Qeyd edək ki, bu, “Gəncə”nin mövsümdə ilk məğlubiyyəti olub.

İdman.biz

Избранный
59
1
idman.biz

2Источники