RU

Türkiyə liderindən Suriya açıqlaması: "Buna icazə verməyəcəyik"

"İndi Suriyada yeni siyasi və diplomatik reallıq yaranıb".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, bütün təşkilatlar Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını dəstəkləsələr regionumuz üçün yaxşı olar.

"Suriya bütün etnik, məzhəb və dini ünsürləri ilə suriyalılara məxsusdur. Ölkələrinin gələcəyini Suriya xalqı həll edəcək. Yanğına benzin tökməyin faydası yoxdur. Geosiyasi hesablamalara girməyin, bunun Suriya xalqına faydası olmayacaq. Separatçı terror təşkilatının seldən ağac qoparmağa can atdığının fərqindəyik. Heç bir hərəkətə icazə verməyəcəyik" - Ərdoğan deyib.


Müəllif: Arzu
Избранный
75
23
teleqraf.com

10Источники