RU

İki planet toqquşa bilər

İki

Yer kürəsi daim sərbəst düşmə vəziyyətindədir ki, bu da onun Günəş ətrafında hərəkətinin əsasını təşkil edir. Mütəxəssislər deyirlər ki, insanlar bunu hiss etməsə də, planetin orbiti məhz bu cür işləyir.

Reyting.az
xəbər verir ki, alimlərin fikrincə, prosesin mərkəzində olan cazibə qüvvəsi, yəni cisimləri kütlə mərkəzinə doğru çəkən qüvvə tədricən Yerin Günəşə doğru "düşməsinə" səbəb olur. Əgər Yer yerindən tərpənməsəydi, tam onun üzərinə düşə bilərdi.

Bununla belə, planet təxminən 108.000 km/saat çox böyük sürətlə hərəkət edir. Bu isə yana doğru hərəkət, yəni daim Yer planetinin Günəşə doğru çəkilməsi, lakin ona çatmadığı və prosesin əksinə, ətrafa düşməklə, tamamilə sabit orbit meydana gətirən bir tarazlıq yaradır.

Yerin orbiti, huni adlanan divar boyunca yuvarlanan bir topun trayektoriyasına bənzəyir: cazibə qüvvəsi daim hərəkət istiqamətini dəyişir, lakin Yerin Günəşlə toqquşmasına imkan vermir. Bu hərəkət sərbəst düşmə nümunəsidir. Kosmosdakı astronavtlar kimi, Yer planeti də belə bir vəziyyəti pozan təhlükəli xarici qüvvə ilə qarşılaşmır.

Demək olar ki, Ay da oxşar vəziyyətdədir. Onun sürəti təxminən 3680 km/saat olsa da, Yerə çırpılmaqdansa, davamlı şəkildə hərəkət etməklə, sadəcə, Yer planetinin ətrafına "düşməyə" imkan verir. Bu da göstərir ki, tamamilə eyni prinsiplər burada da çox böyük miqyasda işləyir. Alimlər bununla, qalaktikaların və qalaktika qruplarının görünən qaranlıq maddənin yaratdığı nəhəng qravitasiya quyularına düşməsini bildirir.

Alimlərin fikrincə, "Ay Yer planeti ilə toqquşa bilərmi?" sualının elmi təhlili, bu yöndə araşdırmalar çox olsa da, yenə də dəhşətli bir qiyamət təsiri bağışlayan belə sualın konkret cavabı yoxdur. Ancaq əhəmiyyətli və təsəlli ola biləcək daha bir amil kosmosda sürtünmənin olmamasıdır. Yerdə cisimlərin hərəkəti hava və yaxud digər səthlərin müqaviməti ilə yavaşlayır. Kosmosda əmələ gələn vakuum həm də planetlərin dayanmadan hərəkət etməsinə imkan yaradır.

Elm adamları bildiriblər ki, Yerin orbitinə təsir edə biləcək yeganə nüfuzedici amil digər cisimlərlə qravitasiyada yaranmış qarşılıqlı təsirlər səbəbindən əmələ gələn və mənbəyi Ay cismi olan gelgit qüvvələri kimi minimal təsirlərdir.

Ümumilikdə baş verən proseslər göstərir ki, Yerin öz peyki Ay ilə toqquşma ehtimalı hələ də mövcuddur.

Oqtay QORÇU
Избранный
46
20
reyting.az

10Источники