RU

Ukrayna deputatı: Tramp Zelenskini Paris görüşündən sonra alçaltdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski, Parisdə keçirilən görüşdən sonra Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini alçaltdığını bildirib. Bu barədə Dubinski həbsdə olduğu halda öz "Telegram" kanalında paylaşım edib.

Dubinskinin sözlərinə görə, Tramp "Truth Social" sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 400 min nəfərə çatdığını qeyd edərək sərt bir açıqlama verib. O, bu şərhin, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə təşkil edilən və Tramp üçün arzuolunmaz hesab edilən Zelenski ilə görüşə cavab olduğunu vurğulayıb.

Deputat əlavə edib ki, Trampın Ukraynanın münaqişəni həll etmək üçün Çindən kömək istəməsini təklif etməsi də Zelenski üçün ciddi bir təhqirdir. O bildirib ki, daha əvvəl, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Zelenski Çini və Braziliyanı açıq şəkildə tənqid etmiş, onları Rusiyanı dəstəkləməkdə ittiham etmişdi. İndi isə ona bu ölkələrlə razılığa gəlmək tövsiyə olunur.

Zelenski, Makron və Trampın Parisdəki görüşü Notr-Dam Kilsəsinin açılış mərasimi çərçivəsində baş tutub və cəmi 35 dəqiqə davam edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakdan Rusiya ilə danışıqlar qadağasının aradan qaldırılmasını tələb etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
50
50
olaylar.az

10Источники